11/01/2019
10:18
1023
| A A A
Batşuayi Chelsea-yə qayıtdı - RƏSMİ

Valencia mövsümün əvvəlində Chelsea-dən 1 illik icarəyə götürdüyü Mişi Batşuayini geri göndərib.

Goal.az xəbər verir ki, bunu klubun idman direktoru Mateu Alemani "Football Espana"a açıqlayıb.Britaniya mətbuatı isə Belçika millisinin hücumçusu ilə Crystal Palace və West Ham klublarının maraqlandığını yazıb. 

Qeyd edək ki, 25 yaşlı futbolçu bu mövsüm La Liqada 15 oyuna çıxıb və cəmi 1 qol vurub.