11/01/2019
15:36
1507
| A A A
Qəbələ ikinci transferini açıqladı

2018-2019-cu illər mövsümünün ikinci yarısının hazırlıqlarını Bakıda davam etdirən “Qəbələ” qış fasiləsində ikinci transferini gerçəkləşdirib.

Goal.az klubun saytına istinadən xəbər verir ki, 

“qırmızı-qaralar” gürcüstanlı futbolçu Davit Volkovini heyətinə qatıb. 24 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb.

Son klubu “Saburtalo” olan Volkovi 2017-2018-ci illərdə bu komandanın formasını geyinib. Hücumçu bunadək Gürcüstanda “Qaqra” (2012-2013), Tbilisi “Dinamo”su (2013-2016), həmçinin icarə əsas

ında oynadığı “Dinamo-2” (2013-2015), “Çixura” (2016) və “Sioni”də (2016) çıxış edib. Davit 2017-ci ildə Serbiyanın “Zemun” klubunda legioner həyatı yaşayıb.

Xatırladaq ki, “Qəbələ” bunadək Azərbaycan millisinin qapıçısı Anar Nəzirovu transfer edib.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
MANCHESTER UNITED
%
LIVERPOOL
%
PORTO
%
JUVENTUS
%
AJAX
%
MANCHESTER CITY
%
TOTTENHAM
%
3639 səs