08/06/2019
13:26
11525
| A A A
Manchester United ilk transferini reallaşdırdı

Manchester United bu yayın ilk transferini rəsmiləşdirib.

Goal.az xəbər verir ki, Premyer Liqa nəhəngi, Swansea City klubunda çıxış edən Daniel Ceymsi heyətinə qatıb. Bu barədə “qırmızı şeytanlar”ın rəsmi saytı məlumat yayıb.

21 yaşlı yarımmüdafiəçi artıq tibbi müayinədən keçib. Onunla imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Britaniya mətbuatının iddiasına görə, MU bu transfer üçün Swansea City-ə 15 milyon funt sterlinq təzminat ödəyəcək.

Daniel Ceyms başa çatan mövsümdə 38 matçda 5 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33186 səs