12/06/2019
20:46
6792
| A A A
Real yeni transferini təqdim etdi

Real Eintracht-dan aldığı Luka Yoviçi ictimaiyyətə təqdim edib.

Goal.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, təqdimat mərasimi "Santyaqo Bernabeu" stadionunda keçirilib. Meydana daxil olaraq, azarkeşləri salamlayan 21 yaşlı futbolçu fotosessiya zamanı "kral klubu"nun emblemini öpüb.

Real-a keçidi ilə bağlı təəssüratlarını bölüşən Yoviç özünü dünyanın ən xoşbəxt insanı hesab etdiyini bildirib: "Hazırda dünyada ən xoşbəxt oğlan mənəm, çünki məşhur klubla müqavilə bağladım. "Real"a titul qazandırmaq üçün bütün gücümü ortaya qoyacağam. İnanıram ki, düzgün seçim etmişəm. Uşaq vaxtı yatarkən Real formasını geyinməyi xəyal edirdim".

Qeyd edək ki, Yoviç Real-la 6 illik müqavilə imzalayıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
34125 səs