14/06/2019
15:05
20791
| A A A
Real "yapon Messi"ni transfer etdi - RƏSMİ

Yay transfer dönəminin ən fəal komandası olan Real növbəti oyunçunu heyətinə qatıb.

Goal.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "kral klubu" Yaponiya yığmasının yarımmüdafiəçisi Takefusa Kubo ilə anlaşıb.

2016-cı ildən ölkəsində Tokio klubunun şərəfini qoruyan 18 yaşlı hücumameyilli oyunçu "kral klubu" ilə 5 illik müqavilə imzalayıb. Kubonu 2011-2015-ci illərdə aşağı yaş qrupunda oynadığı "Barselona" da qaytarmaq istəyirdi. Lakin oyunçu kataloniyalıların əzəli rəqibini üstün tutub. Futbolçu əvvəlcə Real-ın əvəzedici komandası sayılan Castilla-da çıxış edəcək.

Qeyd edək ki, Real Kuboya qədər bu yay Eden Azar, Luka Yoviç, Militao, Rodriqo və Ferlan Mendini heyətinə qatmışdı.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
36029 səs