20/06/2019
16:52
3795
| A A A
Atletico Madrid Real Madrid-in futbolçusunu aldı - RƏSMİ

Atletico Madrid növbəti transferini həyata keçirib.

Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Madrid təmsilçisi Real Madrid-in yarımmüdafiəçisi Markos Llorenteni heyətinə qatıb. 24 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçdikdən sonra onunla 5 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Llorente Real forması ilə son iki mövsümdə 36 matçda 2 qol vurub.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
37582 səs