26/06/2019
11:13
2821
| A A A
Barcelona-nın futbolçusu Everton-a keçdi - RƏSMİ

Everton heyətini yeni futbolçu ilə gücləndirib.

Goal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi İspaniya çempionu Barcelona-nın yarımmüdafiəçisi Andre Qomeşi transfer edib. Bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.

Premyer Liqa təmsilçisi ispan yarımmüdafiəçinin transferi qarşılığında Kataloniya klubuna 22 milyon funt-sterlinq təzminat ödəyib. 25 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Qomeş son mövsümü icarə əsasında məhz Everton-da keçirib. 29 oyuna 1 qol vuran futbolçu 2 məhsuldar ötürmə müəllifi də olub.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
37581 səs