12/07/2019
18:42
7476
| A A A
Qrizmann Barcelona-da - RƏSMİ

Barcelona Atletico-nun futbolçusu Antuan Qrizmann ilə müqavilə bağlayıb. 

Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi bu transfer üçün madridlilərə 120 milyon avro ödəyib. Fransalı hücumçu ilə 5 illik müqavilə imzalanıb. Onun sərbəstqalma məbləği 800 milyon avro müəyyən olunub.

Barcelona rəsmi yeni transferlə bağlı qısa video-çarxı "Biz bunu gözləyirdik" notu ilə paylaşıb.

Qeyd edək ki, Antuan Qrizmann peşəkar futbolçu karyerasına 2009-cu ildə Real Sociedad-da başlayıb. O, 2014-cü ildə 30 milyon avro qarşılığında Atletico-ya transfer olub. Qrizmann Fransa millisinin heyətində 6 qolla 2016-cı il Avropa çempionatının bombardiri, 2018-ci il dünya çempionatının isə qalibi olub. 

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
36503 səs