17/08/2019
11:00
14854
| A A A
Koutinyonun yeni klubu müəyyənləşdi - RƏSMİ

Bayern Münich Barcelona-nın ulduz futbolçusu Filippe Koutinyonu icarəyə götürüb.

Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi 2019/2020 mövsümünün sonuna kimi Münhen təmsilçisinin formasını geyinəcək.

Müqaviləyə əsasən, Almaniya nəhəngi növbəti mövsümdə braziliyalı oyunçunu heyətinə qatmaq hüququna malik olacaq.

Qeyd edək ki, Filippe Koutinyo 2018-ci ilin yanvarında Liverpool-dan Barcelona-ya keçib. Kataloniya təmsilçisi onun keçidi üçün 145 milyon avro ödəyib. Yarımmüdafiəçi komandanın heyətində 76 matçda meydanda olub. Barcelona ilə 2023-cü ilin yayına kimi müqaviləsi olan oyunçu 21 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
34159 səs