21/08/2019
21:36
3238
| A A A
Trabzonspor ingiltərəli hücumçunun transferini açıqladı

Türkiyə təmsilçisi Trabzonspor İngiltərənin Liverpool komandasından ayrılan Daniel Starrici heyətinə qatıb. 

Goal.az klubun saytına istinadən xəbər verir ki, 30 yaşlı ingiltərəli hücumçu ilə 2+1 illik müqavilə imzalayıb. Forvard Türkiyə klubuna azad agent kimi keçib. 

Qeyd edək ki, Daniel Starric müxtəlif vaxtlarda İngiltərə millisinin də formasını geyinib.