23/08/2019
14:17
8989
| A A A
Napoli tarixinin ən bahalı transferini reallaşdırdı

İtaliyanın Napoli klubu Hollandiya PSV-sində çıxış edən İrvinq Losanonu heyətinə qatıb.

Goal.az-ın məlumatına görə, neapollular 24 yaşlı hücumçu üçün Eyndhoven təmsilçisinə 40 milyon avro ödəyib. Bu, klub tarixində bir futbolçuya ödənilən ən yüksək məbləğdir. Losano Napoli ilə 2024-cü ilin yayına kimi müqavilə imzayıb.

İtaliya mətbuatı meksikalı oyunçunun 5 il ərzində 43 milyon avro qazanacağını yazıb.

Qeyd edək ki, İrvinq Losano 2017-ci ildən PSV-də çıxış edib. Yarımmüdafiəçi Meksika millisinin də formasını geyinir.