14/01/2020
09:53
2685
| A A A
Beqoviç Milan-da - RƏSMİ

Mövsümün ilk yarısını icarə əsasında Qarabağ-da çıxış edən Bournemouth-un qapıçısı Asmir Beqoviçin Milan-a keçidi rəsmiləşib.

Goal.az xəbər verir ki, klubun saytı bosniyalı qolkiperlə iyunun 30-na kimi müqavilə imzalandığını açıqlayıb. O, İtaliya nəhəngində də icarədə oynayacaq.

Təcrübəli qolkiper sabahdan etibarən yeni komandasının düşərgəsinə qoşulacaq. Yanvarın 16-da isə Milan onun üçün təqdimat mərasimi və mətbuat konfransı təşkil edəcək.

Qeyd edək ki, 32 yaşlı qapıçı Ağdam klubunda 17 oyun keçirib və 16 qol buraxıb.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5043 səs