14/01/2020
10:22
1642
| A A A
Reyna Premyer Liqaya qayıtdı

Milan-ın ispaniyalı qapıçısı Pepe Reyna İngiltərə Premyer Liqasına qayıdıb.

Goal.az xəbər verir ki, 37 yaşlı qapıçı Aston Villa-ya keçib. Birmingem təmsilçisi təcrübəli qolkiperi mövsümün sonuna qədər icarəyə götürdüyünü açıqlayıb.

Reyna 2005-2014-cü illərdə Liverpool-da 395 oyun keçirib.

Xatırladaq ki, Milan Reynanın əvəzində mövsümün ilk yarısını Qarabağ-da keçirən Asmir Beqoviçi heyətinə cəlb edib.