15/01/2020
14:13
3726
| A A A
Benfica-dan Tottenham-ə - RƏSMİ

Tottenham Benfica-nın futbolçusu Jedson Fernandeşi icarəyə götürüb.

Goal.az xəbər verir ki, 21 yaşlı futbolçu 1,5 il müddətinə Tottenham-də icarə əsasında oynayacaq.

Gənc yarımmüdafiəçi yeni klubunda 30 nömrəli formanı geyinəcək. Fernandeş 2018-ci ildən Portuqaliyanın əsas yığmasının da şərəfini qoruyur.

Qeyd edək ki, Tottenham Premyer Liqada geridə qalan 22 turdan sonra 30 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
12401 səs