17/01/2020
12:47
2239
| A A A
Sevilla-da yeni hücumçu

Sevilla heyətini yeni futbolçu ilə gücləndirib.

Goal.az xəbər verir ki, La Liqa təmsilçisi Mərakeş yığmasının hücumçusu Yussef En-Nesirini transfer edib.

Leganes-dən transfer olunan 22 yaşlı futbolçu yeni klubu ilə 2025-ci ilin 30 iyununa qədər müqavilə imzalayıb.

Yussef İspaniyanın digər klubu Malaga-nın yetirməsidir. O, Leganes-ə 2018-ci ildə məhz sözügedən klubdan transfer olunmuşdu. Mərakeş yığmasında 32 oyun keçirən hücumçu 9 qol müəllifi olub.