21/01/2020
09:55
3834
| A A A
Real Madrid braziliyalı yarımmüdafiəçini transfer etdi

Real Madrid heyətini yeni futbolçu ilə gücləndirib.

Goal.az xəbər verir ki, İspaniya nəhəngi braziliyalı gənc yarımmüdafiəçi Reynier Jezusu transfer edib.

Bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb. Flamengo-dan transfer olunan 18 yaşlı futbolçu La Liqa klubu ilə 6 illik müqaviləyə imza atıb.

Real bu transfer için 35 milyon avrosundan keçib. Gənc futbolçu hələlik Real-ın əvəzedici komandası hesab olunan Castilla-da forma geyinəcək.