21/01/2020
12:05
7518
| A A A
Barcelona-da yeni hücumçu - RƏSMİ

İspaniya Sequndası təmsilçisi Albacete-nin hücumçusu Rey Manay bundan sonra Barcelona-nın uğurları üçün çalışacaq.

Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Kataloniya klubu millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun komanda yoldaşını transfer edib.

Hələlik Barcelona-nın B komandasında çıxış edəcək 22 yaşlı forvardla 2023-cü ilin yayına qədər müqavilə bağlanıb. Albaniya yığmasının üzvü cari mövsüm Balompe klubunun heyətində 10 oyun keçirib, 3 qol vurub.