25/01/2020
15:24
1718
| A A A
İnter-dən Premyer Liqaya - RƏSMİ

İnter yayda Herta-dan aldığı Valentin Lazaronu İngiltərəyə göndərib.

Goal.az xəbər verir ki, 24 yaşlı avstriyalı yarımmüdafiəçi mövsümün qarşıdakı hissəsini Newcastle-da keçirəcək.

Bu barədə məlumatı Britaniya klubunun rəsmi saytı yayıb. Avstriya millisinin üzvü ictimaiyyətə təqdim edilib. Lazaro cari mövsüm İtaliya A Seriyasında 6 oyun keçirib.