13/02/2020
17:32
3170
| A A A
Ajax-dan Chelsea-yə - RƏSMİ

Ajax futbolçusu Hakim Zieşin Chelsea-yə transferini təsdiqləyib.

Goal.az xəbər verir ki, bu barədə Niderland təmsilçisi rəsmi saytı vasitəsi ilə məlumat yayıb. 26 yaşlı hücumçunun bu mövsümün sonadək Niderland klubunda qalacağı, iyul ayından "zadəganlar"a qoşulacağı bildirilib.

Chelsea-nin bu transfer üçün Ajax-a 44 milyon avro ödəyəcəyi bildirilib.

Qeyd edək ki, Zieş bu mövsüm Niderland çempionatında 18 oyunda 6 qol vurub və 13 qolun ötürməsini verib.