Türkiyə millisinin hücumçusu İspaniyada klubunu dəyişdi
Türkiyə millisinin futbolçusu Enes Ünalın yeni komandası müəyyənləşib.
Goal.az xəbər verir ki, 2019/2020 mövsümünü icarə əsasında Real Valladolid-də keçirən 23 yaşlı hücumçu La Liqanın digər təmsilçisi Getafe-yə transfer olunub.
Klubun rəsmi saytının yaydığı məlumata görə, onunla 5 illik sözləşmə imzalanıb. Bunadək müqavilə ilə Villarreal-a məxsus olan Ünalın keçidi üçün 9 milyon avro təzminat ödənilib.
Qeyd edək ki, ötən mövsüm İspaniya çempionatının 37 oyununda meydana çıxan Enes Ünal 8 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi hansı ölkədən izləyirsiniz?
AZƏRBAYCAN
TÜRKİYƏ
RUSİYA
DİGƏR