Fenerbahçe-dən Lazio-ya — RƏSMİ
Fenerbahçe-nin hücumçusu Vedat Muriqinin Lazio-ya transferi rəsmiləşib.
Goal.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Kosovo yığmasının forvardı paytaxt klubu ilə 5 illik müqaviləyə imza atıb. Lazio-nun bu keçidə görə Fenerbahçe-yə 18 milyon avro ödəyəcəyi bildirilir.
Qeyd edək ki, Muriqi Fenerbahçe-yə 2019/20 mövsümünün əvvəlində Rizespor-dan transfer edilmişdi.
Bizi hansı ölkədən izləyirsiniz?
AZƏRBAYCAN
TÜRKİYƏ
RUSİYA
DİGƏR