13/01/2021
22:49
1979
| A A A
Atletico Madrid ulduz futbolçunu transfer etdi - RƏSMİ

Atletico Madrid Lyon-un futbolçusu Musa Dembeleni icarəyə götürüb.

Goal.az xəbər verir ki, Mali əsilli fransalı hücumçu Madrid klubu ilə cari mövsümün sonunadək müqavilə imzalayıb.

La Liqa təmsilçisinin bu keçid üçün qarşı tərəfə 1,5 milyon avro təzminat ödədiyi bildirilib. Klub yayda 25 yaşlı forvardı 33,5 milyon avro qarşılığında birdəfəlik transfer edə bilər.

Dembele Atletico-ya bir müddət öncə komandadan göndərilən Dieqo Kostanın əvəzləyicisi kimi cəlb olunub.

Qeyd edək ki, Musa Dembele bu mövsüm Fransa çempionatında 16 oyunda meydana çıxıb və 1 qol vurub.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
24227 səs