Galatasaray sabiq yarımmüdafiəçisi Henri Onyekurunu yenidən heyətinə qatıb.
Goal.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Nigeriyalı futbolçunun Monaco-dan mövsümün sonuna kimi icarəyə götürüldüyü bildirilib.
Galatasaray Monaco-ya 650 min avro icarə haqqı ödəyəcək. Oyunçunun birdəfəlik transferi üçün isə İstanbul klubunun 4.35 milyon avro ödəməsi lazımdır. Lakin bu, 2021-ci ilin 11 iyununa kimi keçərlidir. Onyekurunun özü idə Türkiyə klubunda bu mövsüm 750 min avro qazanacaq.
Qeyd edək ki, Galatasaray Onyekurunu üçüncü dəfə heyətinə qatıb. İlk dəfə 2018/19 mövsümündə Everton-dan icarəyə götürülən futbolçu, 2020-ci ildə də Monaco-dan icarətə götürülmüşdü. Nigeriya yığmasının üzvü İstanbul təmsilçisində ümumilikdə 56 oyuna çıxıb, 18 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.