01/06/2021
12:05
5376
| A A A
Manchester City-dən Barcelona-ya — RƏSMİ

Barcelona heyətinə daha bir futbolçu qatıb.

Goal.az xəbər verir ki, Kataloniya təmsilçisi Manchester City-dən Erik Qarsiyanı transfer edib. Bu haqda klubun sosial şəbəkə hesablarında məlumat yayılıb. 20 yaşlı müdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qarsiya 2018-ci ildən "şəhərlilər"də çıxış edirdi.