24/07/2021
10:00
2570
| A A A
Sanço rəsmən Manchester United-də

Manchester United heyətini yeni futbolçu ilə gücləndirib.

Goal.az klubun saytına istinadən xəbər verir ki, İngiltərə təmsilçisi Dortmund Borussia-sından Ceydon Sançonun keçidini rəsmiləşdirib.

21 yaşlı futbolçu ilə 2026-cı ilin yayına qədər müqavilə imzalanıb. Transferin maliyyə detalları açıqlanmayıb.