27/07/2021
22:56
3753
| A A A
Varan Manchester United-də — RƏSMİ

Manchester United heyətinə yeni futbolçu qatıb.

Goal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Qırmızı şeytanlar" Real-ın oyunçusu Rafael Varanla razılaşıb. Lakin tərəflər arasında imzalanacaq müqavilənin müddəti açıqlanmayıb.

Qeyd edək ki, Varan 2011-ci ildən "kral klubu"nda çıxış edirdi.