30/07/2021
15:25
3461
| A A A
PSG-dən West Ham-ə

West Ham United heyətini yeni futbolçu ilə gücləndirib.

Goal.az xəbər verir ki, London təmsilçisi PSG-dən Alfonso Areolanı icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Areola 2021/2022 mövsümün icarə əsasında West Ham-də keçirəcək. Premyer Liqa klubu yeni mövsümün sonunda 28 yaşlı qapıçının transfer hüquqlarını ala bilər.

Qeyd edək ki, fransalı qapıçı ötən mövsüm icarə əsasında Fulham-də çıxış edib.