06/08/2021
10:20
3416
| A A A
Manchester City Qrilişi transfer etdi — RƏSMİ

Manchester City klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Goal.az xəbər verir ki, “şəhərlilər” Aston Villa-dan Cek Qrilişi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı yarımmüdafiəçi ilə müddəti 2027-ci ilin yayına qədər olan sözləşmə imzalanıb.

Qriliş Manchester City-də 10 nömrəli formada çıxış edəcək.