11/08/2021
05:00
3701
| A A A
Messi PSG-də — RƏSMİ

Barcelona-dan ayrılan Lionel Messinin PSG-yə keçidi rəsmiləşib.

Goal.az xəbər verir ki, bu barədə Paris klubunun mətbuat xidməti məlumat yayıb. PSG-yə azad agent kimi transfer olunan 34 yaşlı hücumçunun 2023-cü ilin yayınadək paytaxt təmsilçisində çıxış edəcəyi bildirilib. Argentinalı oyunçu yeni komandasında 30 nömrəli formanı geyinəcək.

Messinin PSG ilə müqaviləsindəki bəndə əsasən, onun sözləşməsinin 1 illik uzadılması mümkündür.

Qeyd edək ki, Messinin Barcelona ilə müqaviləsi iyunun 30-u başa çatıb.