15/01/2022
13:55
1640
| A A A
Nani İtaliya klubuna keçdi

Portuqaliya millisinin sabiq üzvü Luiş Nani Venezia ilə müqavilə imzalayıb.

Goal.az xəbər verir ki, bu barədə İtaliya klubunun tvitter səhifəsi məlumat yayıb.

35 yaşlı portuqaliyalı cinah oyunçusu MLS-in Orlando City ilə müqaviləsi başa çatdıqdan sonra azad agent olub. O, burada 88 ​​oyunda 31 qol vurub və 25 qolun ötürməsini verib.

Qeyd edək ki, Venezia İtaliya A seriyasında 17 xalla 16-cı pillədə qərarlaşıb.