Yusuf Yazıcı Rusiya klubunda - RƏSMİ
Lille-in futbolçusu Yusuf Yazıcı karyerasını Rusiyada davam etdirəcək.
Goal.az xəbər verir ki, türkiyəli yarımmüdafiəçi ÇSKA Moskva ilə razılaşıb.
Yusuf mövsümün sonuna qədər ÇSKA-da icarədə çıxış edəcək. Moskva klubu yayda 12 milyon avro ödəməklə, 24 yaşlı futbolçunun transfer hüquqlarına sahib ola bilər.