Lille-də yeni transfer
Lille heyətini yeni futbolçu ilə gücləndirib.
Goal.az xəbər verir ki, Liqa 1 təmsilçisi fransalı yarımmüdafiəçi Hatem Ben Arfanı transfer edib.
Tərəflər 6 aylıq müqaviləyə imza atıblar. Bordeaux ilə müqaviləsinə xitam verən 34 yaşlı oyunçu üçün heç bir transfer haqqı ödənilməyəcək. Fransa millisinin sabiq üzvü Lille-də 11 nömrəli formanı geyinəcək.
Hatem Ben Arfa 2020-ci ilin oktyabrından Bordeax-uun uğurları üçün çalışırdı.