Holand rəsmən Manchester City-də
Manchester City Borussia Dortmund-un hücumçusu Erlinq Holandı heyətinə qatıb.
Goal.az xəbər verir ki, bu barədə “şəhərlilər”in rəsmi saytı məlumat yayıb.
Norveçli hücumçu bu il iyulun 1-dən yeni komandasına qoşulacaq. Klub keçidin digər detallarını və müqavilə müddətini açıqlamayıb.
Britaniya mətbuatının məlumatına görə, Manchester City bu keçid üçün Borussia-ya 60 milyon avro ödəyəcək. Futbolçunun müqaviləsində sərbəstqalma maddəsində məhz bu məbləğ yazılmışdı. Futbolçunun özünün isə həftəsinə 375 000 funt-sterlinq qazanacağı bildirilir. Hücumçu ilə 5 illik müqavilə imzalanıb.