Vrsalkonun yeni klubu müəyyənləşdi - RƏSMİ
Atletico Madrid-dən ayrılan Şime Vrsalkonun yeni klubu müəyyənləşib.
Goal.az xəbər verir ki, xorvatiyalı futbolçu karyerasını Olympiacos-da davam etdirəcək.
Xorvatiya millisinin üzvü ilə 3 illik müqavilə imzalanıb. Müdafiəçi yeni komandasına azad agent kimi keçib.
Qeyd edək ki, Vrsalko ötən mövsüm İspaniya La Liqasında 21 oyunda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.