03/07/2022
12:52
2126
| A A A
Manchester City-dən Borussia Monchengladbach-a - RƏSMİ

Manchester City-nin futbolçusu Ko İtakura karyerasını Almaniyada davam etdirəcək.

Goal.az xəbər verir ki, 25 yaşlı müdafiəçi Borussia Monchengladbach-a keçib. Yapon futbolçu ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, İtakura son mövsümü Schalke-də icarədə keçirib.