03/07/2022
16:52
2474
| A A A
Fulham-dən Liverpool-a - RƏSMİ

Liverpool heyətini yeni futbolçu ilə gücləndirib.

Goal.az xəbər verir ki, Mersisayd təmsilçisi Fulham-dən 20 yarımmüdafiəçi Fabio Karvalyonu transfer edib. Portuqaliyalı oyunçu ilə 2027-ci ilin yayınadək müqavilə imzalanıb.

Ölkəsinin U-21 yığmasının da üzvü olan gənc futbolçu üçün 5,9 milyon təzminat ödənilib.

Qeyd edək ki, Karvalyo ötən mövsüm Fulham-də 38 oyuna 11 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.