04/07/2022
14:45
2294
| A A A
Leeds United-dən Manchester City-yə keçdi — RƏSMİ

Manchester City Leeds-in yarımmüdafiəçisi Kalvin Fillipsi transfer etdiyini açıqlayıb.

Goal.az xəbər verir ki, klubun sosial şəbəkələrində yeni futbolçunun təqdimatını əks etdirən foto və videolar yayılıb.

İngiltərə millisinin üzvü "şəhərlilər"ə 48,7 milyon avroya başa gəlib. Müqavilə 6 il müddətinə imzalanıb. Kalvin yeni klubunda 4 nömrəli formada çıxış edəcək.