Milan ulduz futbolçunun transferini açıqladı
Milan heyətini yeni futbolçu ilə gücləndirib.
Goal.az xəbər verir ki, "rossoneri"lər Belçika millisinin hücumçusu Divok Origini heyətinə qatıb.
27 yaşlı forvardla 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Originin son klubu Liverpool olub. O, Milan-a azad agent kimi keçib.