19/07/2022
23:51
7101
| A A A
De Liqt klubunu dəyişdi — RƏSMİ

Bayern Münich Juventus-un futbolçusu Matteyis de Liqti transfer edib.

Goal.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb. Bundesliqa klubu 22 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalayıb. Bayern bu keçidə görə Juventus-a 70+10 milyon avro ödəyəcək.

Qeyd edək ki, De Liqt 2019-cu ildən Juventus-da oynayırdı.