Fabreqasın yeni klubu müəyyənləşdi - RƏSMİ
Monaco-dan ayrılan Sesk Fabreqasın yeni klubu müəyyənləşib.
Goal.az xəbər verir ki, ispan yarımmüdafiəçi karyerasını İtaliya B seriyası təmsilçisi Como-da keçirəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 35 yaşlı oyunçu ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Fabreqas ötən mövsüm Fransa Liqa 1-də cəmi 2 oyuna çıxıb.