Sevilla-da yeni hücumçu
Nice hücumçusu Kasper Dolberqlə yollarını ayırıb.
Goal.az xəbər verir ki, 24 yaşlı forvard Sevilla-ya keçib.
Danimarkalı futbolçu mövsümün sonuna kimi satınalma şərti ilə La Liqa təmsilçisinə verilib. Daha öncə Silkeborg və Ajax-da oynamış futbolçu, 2019-cu ildən oynadığı Fransa təmsilçisində 3 mövsüm ərzində 85 oyunda 24 qola imza atıb. Kasper Dolberq Danimarka yığmasında da 35 matça çıxıb və 10 qol vurub.