08/09/2022
12:33
2785
| A A A
Galatasaray tanınmış hücumçunu transfer edib

Galatasaray-ı Fransanın PSG komandasından argentinalı futbolçu Mauro İkardini icarəyə götürüb.

Goal.az xəbər verir ki, 29 yaşlı hücumçu "Cim-Bom"la müqavilə imzalamaq üçün İstanbula gəlib.

Təcrübəli forvard cari mövsümün sonunadək Superliqa təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, Argentina millisinin də üzvü olan Mauro İkardi daha əvvəl İspaniyanın Barcelona, İtaliyanın Sampdoria və İnter klublarında çıxış edib.

GÜNÜN ƏN ÇOX OXUNANLARI