10/09/2022
11:24
2437
| A A A
Napoli-dən Ankaragücü-nə keçdi

Ankaragücü klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Goal.az xəbər verir ki, Super Liqa təmsilçisi Napoli-dən Kevin Malkuini də transfer edib. Fransadan olan sağ cinah müdafiəçi A Seriyası klubu ilə yollarını ayırdığı üçün, Türkiyə təmsilçisinə azad agent kimi keçib. O, yeni klubu ilə 1 illik müqavilə bağlayıb. 31 yaşlı futbolçu 2018-ci ildən Neapol klubunun uğurları üçün çalışırdı. O, bu komandada keçirdiyi 4 mövsüm ərzində cəmi 48 matça çıxıb və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

GÜNÜN ƏN ÇOX OXUNANLARI