Sidibenin yeni klubu müəyyənləşdi
Monaco müdafiəçisi Cibril Sidibe ilə yollarını ayırıb.
Goal.az xəbər verir ki, Fransadan olan 30 yaşlı futbolçu Yunanıstanın AEK klubuna transfer olunub. Bu barədə Afina təmsilçisinin rəsmi saytı məlumat yayıb. 30 yaşlı futbolçu yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.
Sidibe 2016-cı ildən Monaco-da forma geyinirdi. O, knyazlıq təmsilçisində keçirdiyi 5 mövsüm ərzində 174 oyuna çıxıb, 6 qola imza atıb.