26/09/2022
14:58
2734
| A A A
Allan Everton-dan ayrıldı — RƏSMİ

Everton-un futbolçusu Allan karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.

Goal.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi Al-Wahda klubuna keçib. Braziliyalı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Allan daha əvvəl Napoli, Udinese kimi klublarda forma geyinib. Yarımmüdafiəçi Braziliya yığmasında 10 matçda iştirak edib.

GÜNÜN ƏN ÇOX OXUNANLARI