PSV-dən Liverpool-a keçdi - RƏSMİ
Liverpool 23 yaşlı hücumçu Kodi Qakponun transferi üçün PSV ilə razılığa gəlib.
Goal.az xəbər verir ki, bu barədə Eyndhoven klubu məlumat yayıb. PSV tərəflərin razılığa gəldiyini açıqlayıb: "Kodi Qakpo tezliklə İngiltərəyə gedəcək və orada transfer başa çatana qədər lazımi rəsmiləşdirmələrdən keçəcək".
Bu keçid Liverpool-a təxminən 37 milyon sterlinqə başa gələcək.
Qeyd edək ki, Qakpo PSV-nin yetirməsidir və 2018-ci ildən əsas komandadadır.