Suarez yeni klubu müəyyənləşdi
Liverpool və Barcelona-nın sabiq futbolçusu Luis Suarez karyerasını Braziliyada davam etdirəcək.
Goal.az xəbər verir ki, uruqvaylı forvard Gremio-ya keçib. 35 yaşlı forvardla 2 illik müqavilə imzalanıb.
Daha əvvəl Liverpool, Barcelona, Atletico Madrid kimi klublarda çıxış edən Suarezin son ünvanı Uruqvayda "Nasional" olub.