Kolumbiyalı qapıçı rəsmən Milan-da
Paraqvay-ın Guarani klubunun qapıçısı Devis Vazkes karyerasını İtaliya A Seriyasında davam etdirəcək.
Goal.az xəbər verir ki, kolumbiyalı qolkiper Milan-a keçib.
Vazkes Milan-la 2026-cı ilin yayına qədər müqavilə imzalayıb. İtalyanlar 24 yaşlı qapıçı üçün 470 min avro ödəyib.