Atalanta-dan Marseille-ə
Marseille heyətini yeni futbolçu ilə gücləndirib.
Goal.az xəbər verir ki, Fransa klubu Atalanta-dan Ruslan Malinovskini icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Ukraynalı yarımmüdafiəçi mövsümün sonuna qədər Marseille-də çıxış edəcək.
Qeyd edək ki, Malinovski bu mövsüm Atalanta ilə 15 matçda 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.