11/01/2023
18:18
3759
| A A A
Feliks Chelsea-yə keçdi - RƏSMİ

Portuqaliya millisinin və Atletico Madrid-in futbolçusu Joao Feliksin Chelsea-yə keçidi rəsmiləşib.

Goal.az xəbər verir ki, 24 yaşlı hücumçu mövsümün sonuna qədər icarəyə götürülüb.

“Zadəganlar” 6 aylıq icarə haqqı olaraq qarşı tərəfə 9 milyon avro ödəyib. Sözləşmədə oyunçunun birdəfəlik satınalma variantı nəzərdə tutulmayıb.

Qeyd edək ki, Feliksin Atletico ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.

GÜNÜN ƏN ÇOX OXUNANLARI